Müğənni Nura Suri Avroviziya müsabiqəsindən keçdiyini açıqlayıb.
OLAY yazır ki, sənətçi bu barədə “İncə səhər” proqramında danışıb. O bildirib ki, 2009-cu ildə ilkin müsabiqədən keçsə də, yarışmaya gedə bilməyib:
“Mən müsabiqəyə getmişəm, keçmişəm. Amma yarışa bilmədim. Onda Toliklə işləyirdim. Mən, Aysel Adıgözəlzadə və Ülviyyə seçildi. Onda yeni ana olmuşdum, David doğulmuşdu. Ana südü ilə qidalanırdı, çox balacaydı. Mənə dedilər ki, uşağı qoyub gedə biləcəksən? Onda seçim turları İctimai-də keçirilirdi. Dedim, mən uşağı qoyub gedə bilmərəm”.