Olay
Olay

Günel hamilə imiş...

Günel hamilə imiş...

Gənc Tamaşaçılar Teatrının aktrisası Günel Məmmədova ana olacaq.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçi bu səbəblə səhnələrə ara verib. Hətta rol almalı olduğu “Kod adı: VXA” tamaşada da rol almayıb.

Bundan əlavə ötən günlərdə tədbirlərdən birində OLAY-ın kameralarına tuş gələn sənətçinin görünüşündəki dəyişiklik, artıq çəki alması diqqətdən qaçmayıb.

Xatırladaq ki, G. Məmmədova ötən ilin dekabrında faəliyyətinə ara verdiyini açıqlayaraq bunları yazmışdı:

Bəlli səbəblərə görə filmlərə çəkilib, bəzi tamaşalarda oynamırdım. Mənə çox çətin idi. Sənətimi nə qədər sevdiyimin bir daha şahidi oldum. Eyni zamanda məni nə qədər sevdiyinizi də gördüm. Bu ay sezonun son tamaşalarını kədərlənərək, sevinərək yekunlaşdırdım. Məşqlərə davam etsəm də, bir müddət səhnədən, ekrandan uzaq qalmaq məcburiyyətindəyəm. Düzdü olduqca çətin olacaq. Allaha güvənim, sevgim və şükürüm çoxdur, çünki həyatımdakı ən qiymətli, əvəzsiz uğurumu bağışladı. Məni tək qoymayan səhnədə məni qoruyan, qayğıma qalan həmkarlarıma təşəkkürlər. Allahın izni ilə yeni mövsümdə, yeni tamaşalarda görüşənədək. Dualarınızı əsirgəməyin”.

FOTO/VİDEO: Soltan İbrahimov