Olay
Olay

“Yer Üzünün Günəşidir Xeyirxahlıq”adlı tədbir keçirildi

“Yer Üzünün Günəşidir Xeyirxahlıq”adlı tədbir keçirildi

17 fevral - beynəlxalq Təmənnasız Xeyirxahlıq İfadəsi günü münasibətilə “Yer Üzünün Günəşidir Xeyirxahlıq”adlı tədbir keçirilib.

OLAY yazır ki, tədbirdə millət vəkilləri, ictimaiyyət nümayəndələri, mədəniyyət işçiləri iştirak edib. Tədbirdə çıxış edən “Liatris Holding”in baş direktoru Ruhiyyə Əliyeva bildirib ki, uşaqlar bizim gələcəyimizdir və onlara qarşı həssas yanaşmalıyıq:

"Bugünkü tədbirin keçirilməsi mənim üçün çox həssas bir mövzudur. Çünki uşaqlar bizim gələcəyimizdir. Burda iştirak edən övladlarımızın hər biri xüsusi bir istedada sahibdir. Əminəm ki, siz gələcək həyatınızda istədiyiniz peşəyə yiyələcəksiniz. Biz də holdinq olaraq, digər təşkilatçılarla birlikdə istedadlı uşaqları dəstək verməyə daim hazırıq. 

Əziz balalar, siz xoşbəxtsiniz ki, bugünkü bütöv Azərbaycanda yaşayırsınız. Sizin gələcəyiniz daha da işıqlı olacaq. Mən buna səmimi qəlbdən inanıram. Çünki dövlət başçımız, möhtərəm Prezidentimiz İlham Əliyev və vitse-Prezidentimiz Mehriban xanım Əliyevanın diqqət və qayğısı həmişə sizin üzərinizdə olacaq. Hər birinizə uğurlar arzulayıram".

Daha sonra Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Mehriban Vəliyeva, Firidunbəy Köçərli adına Respublika Uşaq Kitabxanasının direktoru Əməkdar Mədəniyyət işçisi Şəhla Qəmbərova, millət vəkilləri Jalə Əhmədova və ceyhun Məmmədov çıxış ediblər.

Çıxışlardan sonra 59 saylı uşaq bağçası və 229 saylı tam orta məktəbin şagirdlərinin ifası dinlənilib.

Qeyd edək ki, tədbir Liatris Holding”in, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin, Cövdət Hacıyev adına 3 nömrəli onbirillik musiqi məktəbinin, səssiz Ünsiyyət İcitmai Birliyinin, Firudinbəy Köçərli adına Respublika Uşaq Kitabxanasının, Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin rəsmi tərəfdaşlığı ilə keçirilib.