Azərbaycanlı aktyorların rol aldığı rus serialından tizer paylaşılıb.
OLAY yazır ki, “Ərik acısı” adlanan ekran işindən fraqmenti baş rolda oynayan Rüstəm Cəbrayılov paylaşıb.
O, səhifəsində 19 fevralda yayıma başlaması gözlənilən ekran işi ilə bağlı məlumat yerləşdirib.
Qeyd edək ki, serial “Domaşni” TV-də ekrana gedəcək.
Onu da xatırladaq ki, ekran işində Rüstəmlə yanaşı Əməkdar artist Hüsniyyə Mürvətova və Fuad Şabanov da rol alıb.