Əməkdar artist Hüsniyyə Mürvətova atasının o tamaşada olarkən vəfat etdiyini açıqlayıb.
OLAY yazır ki, aktrisa bu barədə feysbuk hesabında məlumat yayıb:
“Ata, sənə özümdən şikayətim var. Mən necə övladam ki, atamı son mənzilə yola salanda yanında ola bilmədim? Bu Allahın mənə dərsidir. Sənəti o qədər cox sevdiyimi deyirdim ki. Əzizim dünyasını dəyişəndə tamaşa oynayırdım. Ondan uzaqda idim. Və bu məni ömrümün axırına kimi yandıracaq. Bağışla məni, atam”.
Qeyd edək ki, sənətçinin atası Vaqif Mürvətov ötən ilin oktyabrında dünyasını dəyişib.