Olay
Olay

Sevgililər günündə eksləri ilə maraqlanan bürclər

Sevgililər günündə eksləri ilə maraqlanan bürclər

Bəzi insanlar sevgilərindən asanlıqla vaz keçərkən, digərləri ekslərdən ötrü darıxmağı özlərinə sənət seçirlər.

OLAY yazır ki, onlardan ən həssas olanı isə aşağıdakı üç bürcdür.

Xərçəng

Heç kim adi bir insanı yeni ayrılıq yaşamış xərçəng bürcü qədər sürətli formada həyatının eşqinə döndürə bilməz. Onların melanxoliklikləri romantikanın sərhəddidir. Qoxulu bir şam kimi kiçik şeylər onlar keçmiş münasibətlərini xatırladanda, xərçənglər acı verən bir ümidsizliyə sürüklənir. Hətta bundan xoşları gəlir. Yeni bir münasibət belə sınmış qəlblərini təmir edə bilmir.

Əqrəb

Bu bürcün təmsilçilərindən söhbət gedirsə, sevgi və nifrət arasında çox incə bir xətt olur. Əqrəb istər intiqam planı qursun, istər eksini geri alma xəyalı qursun, ürəyi sürətlə döyünür və bu qabarıq işlər sonsuz bir bağlılığa dönür. Əqrəblər necə vaz keçəcəklərini bilmirlər və dərinlərdə eks sevgililəri ilə illər sonra belə yenidən bir araya gəlmə ehtimalına inanırlar.

Balıqlar

Qara-qara düşünən balıqlar özlərini həlak etməyi sevirlər. Çox zaman ən qorxunc münasibətlərin belə sürətli şəkildə eşqə dönəcəyini düşünürlər: sadəcə bunun necə ediləcəyini tapmaqları lazımdır. Balıqlar ekslərini ciddi şəkildə analiz edir: daha xoşbəxt olub-olmadıqlarını, hər şeyin düzəlib-düzəlməyəciyini...

Bu bürcün təmsilçiləri eyni zamanda köhnə yarıları üçün bir pleylist düzəltmək kimi şirin, anlamsız hərəkətlərə meyillidirlər.