“Təsir dairəsi” proqramının növbəti buraxılışı kövrək anlarla yadda qalıb.
OLAY yazır ki, studiyada söhbət valideyn-övlad münasibətindən açılıb. Bu zaman verilişin qonağı aktyor Ənvər Abbasov kövrələrək mərhum anasından bəhs edib:
“Valideyn cənnət qapısıdır. O qapılardan istifadə etmək lazımdır. Cənnətə girmək istəyirsənsə, ana-atana qulluq etməlisən. Mənim qapılarımın biri bağlıdır, digəri açıq. Anamın məzarına gedib, onunla danışıram. Hər dəfə də ağlayıb gedirəm evə. Onunla olduğumuz yerlərə bir də gedə bilmirəm. Nə qədər ki, yaşayırlar valideynlərinizin qədrini bilin. Çünki siz də qocalacaqsınız, insan nə edirsə, başına gəlir. Valideynə necə olacaqsansa, övlad da sənə elə olacaq”.