Olay
Olay

“Əfsanəvi” say!

“Əfsanəvi” say!

“British Vogue” “Əfsanəvi” sayı ilə diqqət çəkib.

OLAY yazır ki, dərginin üz qabığında 40 məşhur xanım sima yer alıb. Jurnalın redaktoru Edvar Enninfulun rəhbərliyi altındakı son buraxılışında Naomi Kempbell, Sindi Kroford, Mayli Sayrus, Dua Lipa, Keyt Moss, Serena Uilams, Cici Hadid, Salma Hayek, Viktoria Bekham, İrina Şeyk də daxil olmaqla supermodellər, Hollivud meqastarları, pop ikonaları və digər moda nümayəndələri birlikdə poza verib.

40 qadın tarixi hadisənin bir hissəsi olmaq üçün London, Paris, Milan, Los-Anceles və başqa yerlərdən gəliblər.

Qeyd edək ki, bu, dərginin mart buraxılışıdır. Eyni zamanda Beynəlxalq Qadınlar gününə həsr olunub.