Olay
Olay

“Brilliantın belə diqqətcil olduğunu bilmirdim”

“Brilliantın belə diqqətcil olduğunu bilmirdim”

Xalq artisti Brilliant Dadaşova sənət dostlarına səslənib.

OLAY yazır ki, bununla bağlı “Elgizlə izlə” proqramına telefonla qoşularaq danışıb. Sənətçi bildirib ki, Xalq artisti Brilliant Dadaşovanın efirə zəng edərək Ehtiram Hüseynov üçün göz yaşı tökməyinə çox təsirlənib:

“Brilliant Dadaşovanın zəngini eşitdim. Doğrudan, mənə pis təsir etdi. Brilliant bilir ki, mən onu nə qədər çox istəyirəm. Amma bu qədər həssas, diqqətcil olduğu nəzərimə çatmamışdı. Çünki Brilliant çox da cəmiyyət arasına çıxan insan deyil. Brilliant, ürəyinə qurban. Sən onun istedadından necə ilhamlandın. Ehtiram Xalq artisti deyil, nə də ki, “lyubimçik” (hər kəsin sevdiyi– red.) deyil. Amma bunlara baxmayaraq, bir müğənnini bu qədər təriflədin. Mən özüm də Ehtiramı çox istəyirəm. Bütün incəsənət xadimlərinə demək istəyirəm ki, Brilliant xanım sizə örnək olsun. Bir-birinizə qarşı diqqətli olun. Çünki mən istəmirəm, sonra siz tabut üstündə ağlayıb deyəsiniz ki, vaxtsız getdi, dostumuz idi və sairə. İnsanların dəyərini və qədrini sağlığında bilin. Onlar da bilsinlər, heç olmasa bir az yaşamaq həvəsində olsunlar”.