“The Devil Wears Prada 2” (“Şeytan Prada geyinir 2”) filminin ilk tizeri yayımlanıb.

OLAY yazır ki, 2006-cı ildə çəkilən “The Devil Wears Prada”nın davamı olan bu filmdə ekran işinin ulduzları yenidən bir araya gəliblər.

Tizerdə Meril Stripin canlandırdığı Miranda Pristli və onun keçmiş assistenti, Enn Heteueyin canlandırdığı Endi Seks görüntülənib.

Rejissor Devid Frenkelin çəkdiyi “The Devil Wears Prada” adlı məşhur dram-komediyanın davamı olan bu filmdə “Runway” jurnalının baş redaktoru Miranda Pristli çap mediasının tənəzzülə uğradığı bir dövrdə karyerasını qorumağa çalışır. O, tezliklə öz keçmiş köməkçisi, indi isə lüks brendlər qrupunda reklam büdcələrinə nəzarət edən yüksəkvəzifəli rəhbər şəxs Emili Çarlton ilə rəqib olur.

Yeni filmdə Meril Strip, Enn Heteuey, Emili Blant, Stenli Tuççi, Treysi Toms və Tibor Feldmanı əvvəlki rollarında görəcəyik. Kenet Bran Pristlinin həyat yoldaşını canlandıracaq. Simona Eşli isə hələ açıqlanmayan rolda çıxış edəcək. Patrik Brammal Endinin yeni sevgilisi obrazına həyat verəcək. İlk filmdə Endinin sevgilisi Neiti canlandıran Edrian Qrenye bu layihədə yer almayıb.

Qeyd edək ki, layihənin anonsu ötən gün yayımlanıb. Tizer yutubda 3,5 milyon dəfə görüntülənib.