ABŞ Federal Təhqiqat Bürosu (FTB) Sasseks hersoginyası Meqan Marklın atası Tomas Marklı uşaqlara qarşı seksual zorakılıq məzmunlu materialları saxlamaqda ittiham edərək həbs edib.
OLAY yazır ki, 82 yaşlı kişi cümə günü səhər Florida ştatında yerləşən qocalar evində saxlanılıb.
ABŞ-da baş tutan həbs genişmiqyaslı beynəlxalq araşdırmanın yekunu olub. İstintaqın əsas mərhələlərindən biri Tomas Marklın Meksikada icarəyə götürdüyü anbarın yoxlanılması olub.
Anbarda təxminən 20 qutu aşkarlanıb. Onların arasında uşaqların seksualizasiyasını əks etdirən kitab və jurnallar, ağ-qara fotoşəkillər, şübhəli başlıqlı “VHS” kasetləri, kompüterlər, sərt disklər və “USB” yaddaş qurğuları olub.
Aşkarlanan materiallar arasında digər görüntülərdə çılpaq vəziyyətdə əks olunan yetkinlik yaşına çatmamış şəxslə birlikdə çəkilmiş fotoşəklin də olduğu bildirilir.