Dünyaca məşhur brend “Schiaparelli” təqdim etdiyi yeni libas maraqla qarşılanıb.
OLAY yazır ki, model Henna Lintukanqasın daşıdığı paltar tamamilə mirvari yarpaqları ilə bəzədilib.
Əl işi olan əlbisənin sinə dekoltesi və ətəyindəki yarıqdan başqa hər tərəfi bağlı olub.
Hətta modelin üzünü belə örtən paltarın üzərindən qara kirpik və saç qoyulub.
Bu əl işi olan dizayn sosial şəbəkələrdə gündəm olub.