Olay
Olay

“O qədər danışmışam ki, sözüm qalmayıb”

“O qədər danışmışam ki, sözüm qalmayıb”

Müğənni Nura Suri ARB-də yayımlanan “Söz baz” proqramına müsahibə verib.

OLAY yazır ki, sualları cavablandıran ifaçı verilişlərdən şikayətlənib:

“Çağırırlar, 6-7 qonaq oturur, ağız deyəni qulaq eşitmir. O mövzuda ki danışmaq istəyirəm, həmin mövzuda danışmırlar. 2004-cü ildə sənətə gəlmişəm, o qədər danışmışam ki, sözüm qalmayıb. Video müsahibələrdə 1-2 saat danışdırarlarsa, o başqa. 6-7 nəfərlə gəlim, verilişin yarısı sponsorlar. Mənim xoşuma gəlmir. Baxıram, həvəsdən düşürəm. Baxılası veriliş yoxdur. Bir proqramda minimum 5 qonaq olur, eyni mövzular. 2004-cü ildən bəri bu mövzular dəyişilmədi? Kiminsə evini, əməliyyatını müzakirə edirlər. Ay balam, danışılası o qədər sözlər var, gəlin onlardan danışaq, dünya irəliləyir, biz geri gedirik”.