Olay
Olay

“Səhifəmdən qazanıramsa, ona pul da xərcləməliyəm”

“Səhifəmdən qazanıramsa, ona pul da xərcləməliyəm”

İnfluenser Şəfəq Məmmədova (Wefegm) səhifəsi ilə bağlı açıqlamalar verib.

OLAY yazır ki, bloger artıq səyahət etməyin də işinin bir parçası olduğunu bildirib:

“İnstaqram, səyahət etmək artıq mənim işimdir. Eynilə aksessuar düzəldirəm, tort bişirirəm. Bu da işimdir. Mən bu səhifəni maraqlı saxlamalıyam. 70-80 min insan baxıb, fikirləşir ki, görəsən, bu gün nə edib?

Necə ki səhifəmdən pul qazanıram, eləcə də pul yatırım etməliyəm. Harasa gedəndə o qədər insan yazır ki, baxın sizin hekayənizdə görüb getdik, gəzdik. Belə xeyli mesaj gəlir.  Mən də geri dönüşlər alıram, şirkətlərdən və sair... Yoxsa filan yerdən bunu alıram, bu yeməyi yedim, bu kosmetikanı aldım yox. Bunu davam etdirmək olmur. Əvvəllər maraqlı idi, insanlara bunlar əlçatmaz gəlirdi. Amma indi əksəriyyət kiçik büdcə ilə belə hər şey edir. İndi isə heç kimin etmədiyini etməlisən. Birincisi, camaata gülmək lazımdır. Mən də qəmgin səhifələri izləmirəm. Neqativ, deyinən insanları sevmirəm, əsəbimə toxunur. Mən əylənməyə baxıram ki, görüm nələr edib, hara gedib? Bakı da balacadır, maksimum nə edə bilərsən ki? Əməkdaşlıq etdiyin brendlərə də hörmətsizlikdir. Sənin səhifən çox gözəl olmalıdır”.