Olay
Olay

“Filan Xalq artisti Ayazın qarşısını kəsdi”

“Filan Xalq artisti Ayazın qarşısını kəsdi”

Müğənni Ayaz Babayev qalmaqallı açıqlamalar verib.

OLAY yazır ki, sənətçi “Söz baz” proqramına danışarkən haqqında deyilənlərdən söz açıb. Ayaz bildirib ki, onun influenserlərlə dostluq etməsini də müzakirə edənlər var:

“Adətən, deyirlər ki, Ayaz çevrəsini elə seçib ki, blogerlər onu reklam etsin. Mən blogerlərlə dostluq edəndə onlar bu işə başlamamışdılar. Mənə efirdən söz atırlar, əslində baxmıram. Amma pərəstişkarlarım videolar atırlar. 

Məsələn, ay Ərəstun, efirdə adım çəkilir. Mən ancaq deyərəm ki, Allah uğurlarını bol eləsin. Bir ara dua edirdim ki, hamı məndən üstdə olsun, heç birinin mənimlə işi olmasın. Baxıram ki, belə olanda da mənə ilişirlər. Çalışırlar ki, məni polemikaya çəksinlər. Mən sənətə yeni gələndə Xalq artistləri var idi ki, mahnı davası edirdilər, məhkəməyə verirdilər. Onlardan birinin adını tutsaydım, mənim üçün dünya boyda hayp olardı. Məsələn, filan Xalq artisti Ayazın qarşısını kəsdi, məhkəməyə verdi. Onların adını çəkməmişəmsə, özümlə eyni “level”də, ya da aşğıda olanların adını çəkib o haypı vermərəm. Qorxaq adamlardı ki, birdən Ayaz parıldayar. Mən heç kimin yerinə gəlməmişəm, kimsə də, mənim yerimə gəlməyəcək”.