Olay
Olay

“Məndən ibrət götürsünlər”-Brilliant yenə söz atdı

“Məndən ibrət götürsünlər”-Brilliant yenə söz atdı

“Mədinə qızım, səhnədə sizi tərifləyib, “super-super” deyib yanlış yönləndirənlər bundan sonra da çox olacaq. Bu sənət yolu riyakarlıqlarla doludur. Gözləyək görək. Təki bu təriflər doğru olsun, nəticədə sizi tərifləyənlər oyundan xaric etməsinlər”.

OLAY yazır ki, bu sözləri instaqramda Xalq artisti Brilliant Dadaşova qeyd edib. O, “Səs Azərbaycan”da qazi iştirakçı Nicat Tağızadəni ayaq üstə alqışladığı üçün tənqid olunmasından da söz açıb:

 “Nicat Tağızadə və Murad Bayramlı sizi də ayaq üstə alqışlayıb, pafos dolu reklam xarakterli hərəkətlərlə yanılda bilərlər. Nicat oğlum, sən Qarabağda savaşdığını deyəndə, hansı bölgədə döyüşdüyünü soruşdum. Təəssüf edirəm ki, gərəksiz səs-küy salanlar sənə öz igidliyindənn danışmağa fürsət vermədilər. Çünki orada sənin cavabın alqışlarla susduruldu. Təəssüflənirəm ki, öz şücaətindən danışa bilmədin. Nəticədə sən yox, alqışlayablar gündəm oldular. Yenə də nəticəni gözləyək, görək nə olur. Sənin və Muradın İkinci Qarabağ müharibəsində döyüşdüyünüzü əvvəldən bilsəydim, görmədən dinləmələrdə dönərdim və sizdən birinizi alqışlamadan finala qədər aparıb, mütləq qalıb edərdim ki, sizi sonda alqışlasınlar. Özü də bütün dünya alqışlasın.Nəticə necə olacaq. Amma əziz övladlarım 35 illik sənət təcrübəmə inanın. Əsas qəlbinizin səsini dinləyərək irəliləyin. Çalışın, özünüzü, musiqinizi inkişaf etdirin. Ümid edirəm ki, münsiflər heyətində oturan tanınmış müğənnilər, məndən ibrət alaraq sizi televiziya verilişlərinə çıxarıb, tanıdaraq sizə real dəstək olarlar. Necə ki, mən öz iştirakçılarıma dəstək oluram. “Supper-pupper” demədən... Alqışlamadan!”

Qeyd edək ki, N. Tağızadə İkinci Qarabağ müharibəsində iştirak etdiyini dedikdən sonra bütün münsiflər və tamaşaçılar onu ayaq üstə alqışlamışdı. Amma B. Dadaşovanın ayağa qalxmaması tənqid olunmuşdu.