Olay
Olay

Aygün Bəylər dəfn olundu - Yenilənib

Aygün Bəylər dəfn olundu - Yenilənib

Əməkdar artist Aygün Bəylərlə vida mərasimi başlayacaq.

OLAY yazır ki, sənətçinin nəşi bacısının evindən Səttar Bəhlulzadə adına Mədəniyyət evinə aparılır.

***

Mərasim birazdan başlayacaq. Vidanın baş tutması üçün son hazırlıqlar aparılır.

***

Sənətçinin nəşi Səttar Bəhlulzadə adına Mədəniyyət evinə gətirilib. Onun xatirəsinə çələng göndərənlər sırasında Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərov da olub. 

Xatırladaq ki, Aygün Bəylər repertuarında Kəmaləddin Heydərovun müəllifi olduğu mahnılar da var. Mərhum nazirin ona sənət yolunda çox kömək olduğunu demişdi.

***

Sənətkarla vidalaşmaq üçün sənət dostları, ailə üzvləri, sevənləri və media nümayəndələri Mədəniyyət evinə toplaşıb.

***

Xalq artisti Brilliant Dadaşova, Əməkdar artistlər Elza Seyidcahan, Lalə Məmmədova, müğənni Nigar Camal vidaya gələnlər sırasındadır.

***
Aygün Bəylər son mənzilə yola salındı.

***

Əməkdar artist Aygün Bəylər Suraxanı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Pərviz Hüseyn

Fotolar: Soltan İbrahimli