106.3 FM-in “Milli Dalğa” mükafatı sahibinə verilib.
OLAY-ın məlumatına görə, radio “İlin ən yaxşı mahnısı” nominasiyası üzrə Xalq artisti Faiq Ağayevin “Aman” mahnısını qalib seçib.
Qeyd edək ki, bu il nominantlar arasında Faiq Ağayevin “Aman”, Aygün Kazımovanın “Dənizin ortasında”, Sevda Ələkbərzadənin “Söylə yadındamı?”, Hissin “Karma”, Röya Ayxan və Raufun “Olar” mahnısı var idi.
Onu da bildirək ki, bundan öncəki illərdə Xalq artistləri Röya Ayxann “Gizli sevgi”, Miri Yusif və Zülfiyyə Xanbabayevanın “İki doğma insan”, Şəhid Xudayar Yusifzadənin “Vətən yaxşıdır” mahnıları mükafata layiq görülüb.