Bu gün maraqla gözlənilən “Maska” şounun birinci bölümü yayımlanıb.
OLAY yazır ki, proqramın ilk buraxılışında bir maskalı məşhur yarışdan ayrılıb.
O sima isə güzgü obrazında “Only time” mahnısını səsləndirən Xalq artisti Gülyanaq Məmmədova olub.
Sənətçinin ip ucu videosunda onun iki il əvvəl Özbəkistanın Xalq artisti olmasına işarə edilib.
Dörd münsifdən maskanın altındakı məşhuru ilk təxmin edən Əməkdar artist Coşqun Rəhimov olub. Bundan əlavə Murad Arif də “Güzgü”nün G. Məmmədova olduğunu bildirib.
Xanəndə birinci bölümdə Xarıbülbül və Molla Nəsrəddin maskası ilə yarışan məşhurlarla səsverməyə qalıb. Lakin onların sırasında ən az səsi topladığı üçün maskasını açmalı olub.