Aparıcı Kamran Həsənli müzakirələrə səbəb olacaq açıqlama verib.
OLAY yazır ki, o, Ülvira Qarayevanın “AStar” yutub layihəsinə qonaq olarkən din mövzusunda danışıb.
Həsənli din tərəfdarı olmadığını, kilsə ilə məscid arasındakı fərqlərdən söz açıb:
“Bütün dini kitabları orta əsrlərin qalığı hesab edirəm. Tanrıya inanan adamam, deistəm. Hərəmiz Allahın bir zərrəsiyik. Bizimlə danışan vicdan – Allahdır. Əgər o mənimlə danışırsa, mollaya, məscidə, sinaqoqa, kilsəyə, nə ehtiyacım var? Özü danışır da mənimlə. Məbəd mənəm. Məni o yaradıb axı, kilsəni mən tikmişəm. Əgər mənimlə danışırsa, mən məbədəmsə, onda o kitablara nə ehtiyacım var?
Girirəm kilsəyə, görürəm ki, mərmərdir, Mikelancelonun əsərləridir, yaxşı ətir gəlir, Baxın tokkatası səslənir, qadınlar da başlarını bağlayıb, sakit danışırlar. Ora Allahın ibadət yeridir, orada qıza baxma da. Bir yerdə gedə bilək, qoy öz arvadımla gedə bilim.
İndi bizim məscidə gəlirəm. Girən kimi deyirlər ki, ayaqqabını çıxar. Axı niyə çıxarım? Evdən dörd saatdır çıxmışam - corabda.... Çıxardım ayaqqabını. İndi deyir ki, al bu zənbili, ayaqqıbını qoy içinə, oğurlayarlar. Deyirəm ki, burada? Deyir ki, hə, sənin ayaqqabın bir az təzədir, götürəcəklər. Təsəvvür edin, ayağımda corab, əlimdə zənbil məscidə girirəm. İndi kilsədəki halıma baxın… Yenə də deyirəm, din tərəfdarı deyiləm, Allaha inananam, fərqi göstərirəm. Məscid, kilsə, sinaqoq olmalıdır, amma bu işlərin reformaya ehtiyacı var”.