Olay
Olay

Oksanayla Ziya arasında soyuq küləklər...

Oksanayla Ziya arasında soyuq küləklər...

Bir neçə layihədə və teatr tamaşasında tərəf müqabili olan aktyorlar Ziya Ağa və Oksana Rəsulova arasında soyuq küləklər əsir.

OLAY-ın əldə etdiyi məlumata görə, sənətçilər instaqramda bir-birilərini izləmədən çıxarıblar. Bundan başqa Oksana ard-arda paylaşdığı postlarla da diqqət çəkib.

O sonuncu paylaşımına Əbu Turxandan sitat gətirərək “Adamın iç üzü adam içinə çıxanda bilinər” - deyə, qeyd edib.

Bununla yanaşı Oksana Ziya ilə olan postlarını da səhifəsindən silib. Yalnız rol aldıqları layihələrin posterləri və çəkilişlərdə kollektivlə lentə alınan fotolar qalıb.

Xatırladaq ki, Oksana və Ziya “Dönənlər” filmində, “Sara” serialında birgə rol alıb. Bundan başqa onlar “M.Teatr” səhnəsində “Yad qadının məktubu”, “İnstinkt” tamaşalarında tərəf müqabili olublar.