Olay
Olay

Amerikaya köçən Günel peşəsini dəyişib

Amerikaya köçən Günel peşəsini dəyişib

“Mən 2021-ci ili karyerama həsr etdim, Amerikada korporativ dünyaya daxil oldum, tamamilə mənə yad olan şeyləri öyrənməyə başladım və qısa zaman ərzində gözəl nəticələr əldə etdim”.

OLAY yazır ki, bu sözləri hazırda Amerikada yaşayan keçmiş aparıcı Günel Hümbətova sosial media hesabında yazıb. O bildirib ki, fərqli bir sahədə işə başlayıb:

“Heç vaxt düşünməzdim ki, nə vaxtsa dünyanın Top 5 texnoloji şirkətlərindən birində “Platform Developer” olaraq çalışacam. Demək olar ki, vaxtımın, enerjimin 80 faizini işimə həsr etdim. Sadəcə belə lazım idi. Nəzərə alsaq ki, bu qədər rəqabət olan ölkədə yaxşı yer tutmaq üçün işinin peşəkarı olmalısan və mən bu yolda iri addımlarla irəliləyirəm və hələ öz üzərimdə çox çalışmalıyam.

2022-ci ilə planlarım və gözləntilərim bir balaca fərqlənir. İşimə və karyerama yenə vaxt və enerji həsr etməklə yanaşı, həm də şəxsi inkişafıma fokuslanacağam. Balans çox önəmlidir. Həyatın hansısa sferalarına daha çox enerji xərcləyəndə balans pozulur. Hamısı bərabər olmalıdır: ailəyə xərclənən enerji də, işə və ya öz istirahətinə xərclənən vaxt və sairə də. Uzun sözün qısası, növbəti ili şəxsi inkişaf və özümə qayğı ili elan edirəm. Sistemli şəkildə axsatmadan idmana, pilatesə, masajlara və sair yerlərə gedəcəyəm, öz qayğıma daha çox qalacağam, daha çox film izləyib, daha çox gəzib, daha çox şəkil çəkdirəcəyəm. Son il özümə bir az daha az qayğı göstərdiyimin fərqinə vardım və bu qənaətə gəldim”.

Qeyd edək ki, G.Hümbətova illər öncə Firuz Soliyev adlı gənclə evlənib. Onların Jozefina adlı qızları var.