Sosial mediadakı paylaşımları ilə gündəm olan və “çirkli pulların yuyulması” ittihamı ilə başladılan istintaq çərçivəsində həbs edilən Dilan Polatın həftəlik xərcləmə limiti müəyyənləşib.
OLAY yazır ki, Dilan Polat Silivri Həbsxanasında gündə maksimum 214 TL xərcləyə biləcək. Həbsxananın 750 lirə olan həftəlik xərc limiti oktyabr ayından etibarən 1500 lirəyə qaldırılıb.
Həmçinin Polat cütlüyü övladları ilə həbsxana rəhbərliyinin sistemi vasitəsilə smartfon telefon olmadan ünsiyyət quracaq. İlk 6 ayda ittiham aktı gözləniləcək.
Səhər yeməyi gündəlik 1,5 çörək, 8 qara zeytun, pendir və çay olacaq.
Cütlük ən azı 6 ay həbsdə qalacaq. Daha sonra 2300 səhifəlik hesabat və polisin hazırladığı hesabatlar prokurorun ittiham aktına əlavə edilərək cinayət işi üzrə ali məhkəməyə göndəriləcək. Bundan sonra isə məhkəmə prosesi başlayacaq. Onların alacaqları cəza bu prosesdən sonra müəyyənləşəcək.
Engin Polat və Dilan Polatın qaldığı kameralar eyni ərazilərdə olsa da, bir-birlərini heç vaxt görməyəcəklər.