Olay
Olay

“Qəsdimizə durublar...” - Nura tənqid etdi

“Qəsdimizə durublar...” - Nura tənqid etdi

“Şəhərimizin bütün meyhane tipli restoranlarında diceylərin çoxu ancaq Tarkanın köhnə mahnıların səsləndirirlər. Elə bil hamısı hardansa bir disk taparaq yazıblar fləşkarta, eyni ardıcıllıqla köhnə türk mahnılarının PR-ı ilə məşğuldurlar". 

OLAY yazır ki, bu sözləri müğənni Nura Suri feysbuk səhifəsində yazıb. O, bu dəfə yerli diceyləri tənqid edib:

“Ajdanın (Ajda Pekkan- red) gül kimi təzə mahnılarından xəbərsizdirlər elə bil. Ancaq 50 il əvvəl oxuduğu mahnıları səsləndirirlər. 

Hande Yenerin "Kırmızı" mahnısı beynimizi deşir, artıq. Bir vaxtlar müğənnilər bütün şou proqramlarda oxuyurdu, hər gün eyni mahnıları eşitməkdən baş- beynimiz getmişdi. İndi də diceylər qəsdimizə durublar. 

Gedirsən mahnı sifariş etməyə, deyir yoxdu, məndə o mahnı. Heç bilmir ki, dünyada təzə nə mahnılar var. Biz niyə hər sahədə öz işimizə belə məsuliyyətsiz yanaşırıq axı? Hamıya şamil olunmur, amma çoxuna aiddir”.