Olay
Olay

“Aygünü və Röyanı çox sevirəm” - Rafet

“Aygünü və Röyanı çox sevirəm” - Rafet

Türkiyənin tanınmış müğənnisi Rafet El Roman növbəti dəfə Azərbaycana gəlib. 

OLAY yazır ki, sənətçi “ASAN Radio”nun direktoru Emin Musavinin suallarını cavablandırıb. 

O, Azərbaycandan sevib, dinlədiyi müğənnilərin adlarını sadalayıb:

“Bir nömrə Rəşid Behbudov mənim ürəyimdədir. Bundan başqa, Aygün Kazımovanı səs olaraq çox sevirəm. Dövrümüzün azərbaycanlı sənətçilərindən biridir. Röyanı da çox sevirəm. Hətta onunla eyni səhnəni də paylaşmışıq. Zaman-zaman dinləyirəm. Azərbaycan cəmiyyətinin sənətə marağını, rəqslərinizi, musiqilərinizi bəyənirəm. Özünüzə məxsus ritmləriniz həmişə mənə maraqlı gəlib. Deyirəm, siz bu musiqini necə kəşf etdiniz? Biz orkestr ilə həmin ritmdə çalmaq istəyirik. Alınmır. Siz isə bunu dayanmadan ifa edirsiniz”. 

Müğənni həmçinin, Bakıda çox sevdiyi məkanlardan da söz açıb:

“Mən Xəzər dənizini, balıq yeməyi də çox sevirəm. Bakının işıqlı küçələrini, mərkəzini xoşlayıram. Heç kim bilmir. Mən bura gələndə, bəzən gecə oteldən çıxıb Bakını piyada gəzirəm. Bakını çox sevdiyim üçün sonuncu “Milyon yara” mahnıma klipi burada çəkdik. Yanvar ayının 10-da yayımlanacaq. Bir də Bakıda aşı yemədən olmaz. Həmçinin, Asetrin balığını da xoşlayıram. Buranın yeməklərindən doymaq olmaz. Hazırda Almaniyada yaşayıram, tez-tez Türkiyəyə gəlirəm. Dünyanın bir çox yerində konsertlər veririk”.