Olay
Olay

Xatirənin bloger qardaşı övladını itirdi

Xatirənin bloger qardaşı övladını itirdi

Müğənni Xatirə İslamın bloger qardaşı Turalın övladı tələf olub. 

OLAY yazırki, bu barədə onun xanımı Zümrüd instaqramda məlumat yayıb. O deyib ki, ikinci övladını dünyaya gəlmədən itirib:

“Son 2-3 gündür ki, aktiv olmayıb, paylaşım etmədiyimizi yəqin ki, görürsünüz. Bunun səbəbini bir dəfə açıqlayacam və bir də bu söhbətin açılmasını istəmirəm, çünki özümü mənən yorğun hiss edirəm. Biz dünyaya gələcək övladımızı itirdik. Bu səbəbdən də bir neçə gündür özümə gəlməyə çalışıram. Dəstək olan hər kəsə təşəkkür edirəm. Təbii ki, həyat qabaqdadır, güclü olmaq lazımdır. Tezliklə özümüzə gəlib, işimizə qayıdacağıq”.

Qeyd edək ki, cütlüyün bir oğlu var.