Olay
Olay

“Mən sənsiz darıxıram, ana”

“Mən sənsiz darıxıram, ana”

Aparıcı Vüsalə Kərimova anasının ölüm ildönümü ilə bağlı paylaşım edib.

OLAY yazır ki, o, ötən ilin dekabrında itirdiyi anasına şikayətlənib:

“1 il sənsiz… Bir bilsən sənsiz necəyəm mən. Kaş, yanımda olardın, kaş yenə başımı ayağına qoyardım. Sən də sevdiyim əllərinlə kürəyimi ovardın, əllərinin istisi canıma yayılıb yorğun ruhumu dincəldərdi. Məndən gedən tək cismin olmadı anam, səninlə çox şeyim getdi. Həyata, insanlara, olub və olacaqlara gözləntim itdi. Sənin qoxunu, istiliyini bir an da unutmadım. Mən sənsiz darıxıram, ana”.

Qeyd edək ki, V.Kərimovanın anası xərçəng xəstəliyi səbəbilə vəfat edib.