Olay
Olay

“Balaca uşaqları ala bilərik”- Apellyasiyaya şikayət

“Balaca uşaqları ala bilərik”- Apellyasiyaya şikayət

Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana (Aynur Həmidova) üç uşağının atalarında qalması qərarı ilə razılaşmadığı üçün apelliyasiya məhkəməsinə müraciət etməsindən danışıb.

Bu barədə OLAY-a açıqlama verən Canana deyib ki, məhkəmə yanvar ayının 26-da baş tutacaq:

“Sözümü tuturam, övladlarımı kimsəyə verməyəcəm, Ona görə mübarizə aparıram. Qeyd edim ki, vəkilimi dəyişmişəm. Başqa vəkil tutmuşam. Amma kimliyini açıqlamıram. Çünki kimə müraciət edirəm, o sıxışdırılır, işim yarımçıq qalır. Mən də kimliyini açıqlamaq istəmirəm. Yanvar ayının 25-i məhkəmə olacaq, 26-ı isə doğum günümdür. Ümid edirəm ki, bir süpriz olar. Ən azından balaca uşaqları ala bilərik. Burda da alınmasa, yenidən başqa məhkəmələrə müraciət edəcəm. Sona qədər mübarizə aparacam”.

Qeyd edək ki, Kərim Həmidovla Canana bu ilin oktyabr ayında rəsmən boşanıb. Məhkəmə uşaqların atalarında qalması ilə bağlı qərar verib.