Ermənistanı Avroviziya Uşaq Mahnı Müsabiqəsində qalib edən Malena Azərbaycan təmsilçisi Sona Əzizova ilə qucaqlaşmağından danışıb.
OLAY yazır ki, o, bu barədə Ermənistan KİV- nə açıqlamasında bildirib.
Malena Sona ilə düşmən olmadığını bildirib:
“Müsabiqə dövründə və ondan əvvəl heç danışmamışıq, əlaqəmiz də olmayıb. Lakin qalib olanda məni təbrik etdi, qucaqlaşdıq. Mənim kimi bir qızdır, ona qarşı düşmənliyim yoxdur”.
Qeyd edək ki, Ermənistan müsabiqədə 224 balla birinci, Azərbaycan isə beşinci olub.
Sona yarışma vaxtı səhnə arxasında Malena ilə bir araya gələrək onunla qucaqlaşmış, təbriklərini çatdırmışdı. İki xanımın bu addımı həm Ermənistan, həm də Azərbaycanda müzakirələrə səbəb olmuşdu.