“Prodüserlərə haqqımı halal etmirəm. İnsanların mənə yazığı gəlsin deyə belimdəki donqarı əməliyyat etdirmədilər. Məndən istifadə edib milyonlar qazandılar”.
OLAY yazır ki, bu sözləri türkiyəli müğənni Cansever deyib.
“Mən layiq olduğumu almadım, amma buna baxmayaraq, onlara hər zaman hörmətlə yanaşmışam. 1996-cı ildə Türkiyədə İbrahim Tatlısesin “İbo Show” proqramına çıxdım və həyatım bir gecədə dəyişdi. Almaniyada belimdəki donqarı əməliyyat etdirəndə cibimdə bir qəpik də yox idi. Milyonlar qazandırdığım şirkət sahibləri və prodüserlər heç vaxt mənə zəng etmədilər. İbrahim Tatlısesin bütün bunlardan xəbəri yox idi, bilsəydi, hamının qulağını çəkərdi” – deyə Cansever bildirib.