"Özünüz üçün edə biləcəyiniz ən faydalı şey özünüzü qəbul etməkdir. Necə varsınızsa, bax, o kimliyinizlə üzləşin, barışın".
OLAY yazır ki, bu sözləri bəstəkar-müğənni və aparıcı Murad Arif sosial şəbəkə hesabında yazıb.
"Üstünüzə yapışdırdığınız bütün vəzifələri, uydurduğunuz bütün obrazları, qondarma imici, tanıtmaq istədiyiniz, görünmək istədiyiniz o adamı atın getsin. Özünüzə deyin ki, mən buyam və mən belə daha yaxşıyam. Yarışdan, müqaisələrdən, rəqabətdən azad olun! Başqa yerdə də otlar eyni yaşıldır..." - deyə Murad Arif sözlərini yekunlaşdırıb.