Əməkdar artist Teymur Əmrah bəstəkar-müğənni Murad Arifin ünvanına xoş sözlər səsləndirib.
OLAY yazır ki, bu barədə Murad instaqram səhifəsində paylaşım edib.
“Gözəl bəstəkar, gözəl ifaçı, sənətkar, musiqişünas, ona görə gözəl oxuyur ki, musiqini bilir. Ona görə sizi şəxsiyyət, ifaçı, bəstəkar kimi sevirəm. Elə bir dənə Röya xanımın (Röya Ayxan – red.) oxuduğu mahnı tarixdədir (“Sənə ehtiyacım var” – red.)”, - deyə, T.Əmrah məclislərin birində deyib.
19 mayda konsertə hazırlaşan M.Arif isə bu paylaşıma “Teymur Əmrahın dilindən öz ünvanına belə sözlər eşitmək böyük bir lüksdür” sözlərini yazıb.