Fotosessiya
Fotosessiya

Muradla Zəhranın sözü çəp gəldi

Muradla Zəhranın sözü çəp gəldi

Bəstəkar-müğənni Murad Ariflə şairə Zəhra Bədəlbəylinin sözü çəp gəlib.

OLAY yazır ki, buna isə Zəhranın feysbukda yazdıqları zəmin yaradıb.

“Çox təəssüf ki, yavaş-yavaş qafqazlı olmağımızı unuduruq. Ok, türk dünyası birləşir. Amma bu, o demək deyil ki, rəqslərimizi unudub - osman türkləri kimi rəqs etməliyik, musiqi ritmlərimizi unudub - digər ritmlərə üstünlük verməliyik. Kimin üçün isə bu adi gələ bilər. Amma bu çox dərin problemlərə gətirəcək. Daha doğrusu - artıq gətirir. Biz kimliyimizi itirməyə başlayırıq... Mədəniyyətin keşiyində tək dövlət durmamalıdır. Hər bir insan, fərdi sahibkarlar da buna kömək edə bilər əslində. Çox ətraflı mövzudur. Amma bir təsirdən çıxanda - digər təsirlərin altına girməməliyik”, - deyə, Zəhra yazıb.

M.Arif isə ona belə cavab verib:

“Qafqazlı millət var? İnquşla, çeçenlə bizim bağlarımız nə qədərdir? Danışdığımız ana dili hansı dil qrupuna aiddir? Bayrağımızdakı mavi rəng nəyi ifadə edir? Bu mövzu ümumiyyətlə nə üçün var, Zara? Paytaxtdakı hansısa kafedə gədə-güdə Əmrah mahnıları yayırsa, bu, məni də narahat edir. Amma bu məsələni bu qədər qloballaşdırmağa da rəvac vermir axı... Milli rəqslərimiz olmadan bir məclisimiz keçmir. Kim nəyi unudur? Kim osman türkü olmağa başlayıb? Hansı misallar səni belə düşündürür? Mən xalqın, məclislərin içində olan adamam. Vallah heç kim Osmanlıca oynamır... Amma o gün 2 dənə qonağı Moskvadan gəlib deyə 500 nəfərlik məclisində məni rusca danışmağa məcbur edirdi... Problem budur! Yoxsa ki burada yalnızca rusca yazan dostlarının “albanistika” predmeti əsassız görünür. Həm də çox...”.

Daha sonra Murad şəxsi səhifəsində “Əsasən rusca danışan, düşünən, yazan bəzi dostlarımın etnik kimlik mövzusunda türklüyü inkar edib albanistikanı mövzu etmələri çox mənalıdır”, - deyə, yazıb.

Z.Bədəlbəyli onun bu paylaşımına reaksiyasız qalmayıb. O, “Murad, kim inkar edib? Sən deyəzən sözləri düzgün oxumursan, ay dostum. Rus dillilik burda heç bir önəm daşımır” sözlərini ilə Murada cavab verib. Bəstəkar isə Zəhranı müxtəlif bəhanələrlə onun verdiyi sualı cavablandırmadığını bildirib.