“Məni qısqananları olanda xoşbəxt oluram, həm də acığım gəlir. Elə bir adamdan onu görürsən ki,düşünürsən, mən sənə belə deyiləm axı”.
OLAY yazır ki, bu sözləri Əməkdar artist Xumar Qədimova MTV-də yayımlanan “10-da görüşək” verilişində deyib.
O, hamı tərəfindən sevilməyin düzgün olmadığını bildirib:
“Hamı tərəfindən sevilmək saxtakarlıqdır. O səmimiyyət deyil. Hamı səni məmnunluqla tərifləyirsə, deməli, sən uğur əldə etməmisən. İstedad, xarizma, cazibə bağışlanılmazdır. Xumarın beynində arzular var. Zaman-zaman gah göyə qalxıram, gah yerə çırpılıram. Bir də görürsən kədərlənirəm. Beynim məni rahat buraxmır. Ancaq düşünür”.
X.Qədimova sevgilisi olacaq şəxsdə ən vacib xüsusiyyətləri vurğulayıb:
“Həyatımda olan şəxs diqqətli, ləqayətli olmalıdır. Vicdanlı olmalıdır. İnsanın vicdanı varsa, onda bütün gözəl xüsusiyyətlər var. Vicdanı olan insan diqqətli, yalançı olmur, xəyanət eləmir, narahat, məsuliyyətli, sədaqətli, haqlı olur. Vicdansızdan nə haqq umasan?”.