Türkiyəli müğənni Safiye Soyman Nüşabə Ələsgərli üçün Xəzər TV-də yayımlanan “Səhər mərkəzi” proqramına zəng edib.
OLAY yazır ki, Safiye həmkarına doğum günü münasibətilə təbriklərini çatdırıb:
“Qardaş ölkəm, Azərbaycana sonsuz sevgilərimi göndərirəm. Nüşaybəm, ad günün mübarək! Neçə 30 yaşlara çıxasan. Faiq yanımda deyil, Yeni il üçün Almaniyada səhnəyə çıxacaqdıq. Onlarda da karantin var deyə, ortada qaldıq. Dedim, Azərbaycanda yer olsa, gəlməyə hazırıq. Nüşabəm, gələndə sənə bəyəndiyin geyimlərindən gətirəcəm. Sən mənim canımsan, ömrüboyu sağlam qal. Mənim dəyərlimsən. Bütün Azərbaycan xalqı bizim qardaşımızdır, qiymətlidirlər”.