Türkiyəli tanınmış aktyor Burak Sergen mətbuat konfransı keçirib.
OLAY-ın məlumatına görə, buna səbəb bir neçə il öncə ayrıldığı həyat yoldaşının almetin artırılması üçün məhkəməyə müraciət etməsi və məbləğin 18 min TL-dən 70 minə yüksəldilməsidir.
"25 min TL təklif etdik, razılaşmadı. 70 min istədi. Alimenti ödəmək üçün kredit götürdüm. Mümkün olan hər şeyi etmişəm. Evlərimi, avtomobillərimi razılaşmalı boşanma zamanı keçmiş həyat yoldaşıma verdim. Hətta bank hesabın da pul da bura daxildir"- deyə aktyor bildirib.
Aktyor bildirib ki, övladı üçün alimenti ödəmıkdən heç vaxt imtina etməyib:
"Ödədiyim alimentdən əlavə övladımın istirahət və digər ehtiyaclarını da qarşılayırdım".
Burak Sergen deyib ki, məhkəmə onun 70 min TL aliminti ödəmədiyi aylara görə həbs qərarı çıxarıb: "Haqqımda 90 günlük həbs qərarı çıxarılıb. Mən də böyük məmnuniyyətlə həbsxanaya gedəcəyəm. Çünki həmin məbləği ödəyə bilmirəm. Amma məni məyus edən tək şey, övladımı 3 ay görə bilməməkdir".