Olay
Olay

Beyonsun anasının 1 milyon dollarlıq seyfi oğurlandı

Beyonsun anasının 1 milyon dollarlıq seyfi oğurlandı

Dünyaca məşhur ulduz Beyonsun anası, modelyer olan Tina Noulsun evinə oğru girib. 

OLAY yazır ki, içərisində 1 milyon dollardan çox pul və qızıl-zinət əşyaları olan seyfi oğurlanıb

Məlumata görə, oğurluq Noulsun Los-Ancelesdə baş verib. 

Hadisə Noulsun komandasının üzvünün seyfin yerində olmadığı gördükdən sonra üzə çıxıb. Oğruların evə girərək seyfi necə oğurladıqları hələlik bəlli deyil.

Qeyd edək ki, modelyer Tina Nouls "House of Dereon" və "Miss Tina by Tina Knowles" brendləri ilə tanınır. Noulsun sərvəti 25 milyon dollar qiymətləndirilir.