Olay
Olay

Ən bahalı 9 serial

Ən bahalı 9 serial

Priyanka Çopra və Riçard Meddenin baş rollarında olduğu dünyəvi cəsusluq serialı “Citadel”in yayım tarixi yaxınlaşdıqca büdcəsinin yüksək olması da hər kəsin diqqətini çəkməyə başlayıb.

“İndian Express” məlumat yayıb ki, dram janrında olan layihə 300 milyon dollarlıq büdcə ilə çəkilir və beləliklə “Üzüklərin hökmdarı: Üzüklərin gücü”ndən (The Lord of the Rings: The Rings of Power) sonra indiyədək çəkilmiş ən bahalı ikinci serialdır.

Devid Veyl və Coş Apelbaum tərəfindən yaradılan ekran işinin ilk sezonu büdcə baxımından “House of the Dragon”, “Stranger Things” kimi serialları geridə qoyub.

Bəs, büdcə baxımından ən çox xərc çəkilən seriallar hansılardır?

OLAY sizə ən bahalı 9 serialı təqdim edir:

“Taxt oyunları”

Corc R.R. Martinin fantastic roman seriyası “Buz və alovun mahnısı”nın adaptasiyası olan və 2011-ci ildə HBO-da nümayiş etdirilən “Game of Thrones” hər seriya üçün 5-6 milyon dollar büdcə ilə başlayıb. Fantastik dramın inanılmaz uğuru prodüseri 8-ci və sonuncu sezonda büdcəni hər bölüm üçün 15 milyon dollar qaldırmağa sövq etdi. İslandiya, İspaniya, Malta və Xorvatiyada görüntü baxımından fərqli məkanlarda çəkilən GOT-un prodüserləri izləyicilərinə vizual bayram yaşatmaq üçün əlindən gələni etdilər.

“See”

Ceyson Mamoanın baş rolunda çəkildiyi Apple TV-nin elmi-fantastik dramı insanların görmə duyğularını itirəndən sonra yeni çətinliklərlə qarşılaşdığı bir gələcəkdə baş verir. “Businnes Insider”ın xəbərinə görə “See”nin ilk iki sezonu 240 milyon dollar, bölüm başı 15 milyon dollar kimi bir büdcəylə çəkilib. Çəkiliş heyətinin studiya qurmağı üçün gerçək bir gölü qurutduğu bildirilir. Serial tamamlanandan sonra isə göl bərpa edilib.

“The Mandalorian”

Bu serialın üç sezonu 360 milyon dollarlıq bir büdcəylə çəkilib. Hər seriya üçün 15 milyon dolların xərcləndiyi söylənilir.

“The Pacific”

Təxminən 200 milyon dollar xərclənən HBO serialının Avstraliya çəkilişlərinin 134 milyon dollar büdcəsi olub. Serial II dünya müharibəsi zamanı Peleliu adasında yaşananlardan bəhs edir. Layihənin bəstəkarı isə dünyaca məşhur musiqiçi Hans Zimmerdir.

“House of the Dragon”

GOT-un öncəsindən bəhs edən “House of Fragon”un prodüserləri izləmə keyfiyyətini yüksəltmək üçün əlindən gələni ediblər. Hər bölüm üçün 20 milyon dollar, ümumilikdə isə 200 milyon dollar pul xərclənib.

“WandaVision”

2021-ci ildə çəkilən mini serialın hər bölümü 25 milyon dollar, ümumilikdə isə 225 milyon dollar təşkil edib.

“Stranger Things”

“Netflix”in məşhur serialının dördüncü sezonu vizual şou oldu. Hər bölümü 30 milyon dollar, ümumi büdcəsi isə 270 milyon dollar olub. Beşinci və son sezon 2024-cü ildə yayımlanacaq.

“Citadel”

İlk altı bölümü 300 milyon dollardan çox xərc aparan serialın hər bölümü 50 milyon dollar başa gəlib.

“The Lord of the Rings: The Rings of Power”

“Amazon Prime Video”nun müzakirə edilən serialının hər bölümü 58 milyon dollar başa gəlib. Ümumilikdə 465 milyon dollarlıq büdcəsi ilə ən bahalı serial olaraq önə çıxıb.