Olay
Olay

Güneldən Ebruya: "Sənin qəlbin pisdir, pissən"

Güneldən Ebruya: "Sənin qəlbin pisdir, pissən"

"Bilirsiniz? Yox, hamımız bilirik... Ruzini verən Allahdır. Əlbəttə qarşısını almaq mümkün deyil.  Əngəl olanların bu dünyada cəzası böyükdür. Yaşamadan cəhənnəmi bilməz və ya cənnətə getməz. 25 illik sənət həyatımda heç kimə qısqanclıq etmədim, ruzisini kəsmədim, düşmanlıq belə etmədim. Sən həyatımdakını bilə-bilə gizlədən, bilinməsin deyə özünü saf göstərən, jurnalistlərə pul verən, hələ də nəyin  ədavətin aparırsan? Nə istəyirsən? Olan olub, keçən keçib".

OLAY yazır ki, bu sözləri tanınmış müğənni Günel Zeynalova "İnstagram" hesabında Şəmkirin Şiştəpə kəndində baş tutan toydakı çıxışından paylaşdığı görüntülərə yazıb. İfaçı həmin məclisdə çıxış edən küsülü olduğu həmkarı Ebru Gündeşin adını çəkmədən onu tənqid edib: 

"Amma sənin qəlbin pisdir, pissən. İllərin təcrübəli müğənnisi... Nə oldu? Dəvətedildin, qorxdun? Qorxma, bizim xalq qonaqpərvərdir. Gələn qonağa pislik etmərik. Keçmiş adı üstündə keçmiş... Mən səndən narahat olmadım. Sənin heyətin 25-30 nəfərdir, mənimki 15… Fərq etməz. 

Onlar mənimlə birlikdə çörək qazanırlar, heç insanın vicdanı sızlamazmı? Əlbəttə, insan olanın.

Sənətçi dəvət edilər, gələr, əngəl olunmaz, çünki böyük günahdır. Bu, neçənci pisliyindir? Günahlarının cəzasını Allaha həvalə etdim. Kimin mənə nə səhv hərəkəti varsa, Allah cəzasını versin.  

Mən iyulun 3-ü səhnəyə çıxdım. Əslində 4-də olacaqdı. Amma narahat olub və eyni səhnədə olmaq istəməyib. Birinci bəllidir. İkinci kimdir? Parlayaq".