Olay
Olay

“Qayınana cibimə pul basdı ki, gəlinimi tərifləmə”

“Qayınana cibimə pul basdı ki, gəlinimi tərifləmə”

Aparıcılar Çinarə Əliyeva və Xəyalə Quliyeva eyni zamanda xına məclislərində də iştirak edirlər.

OLAY yazır ki, onlar Xəzər TV-də yayımlanan “Qonağın qonağı” proqramında bu tədbirlər zamanı başlarına gələn maraqlı hadisələri danışıb.

“Qızlarımız hamısı gözəldir. Gəlinə “Azərbaycan gözəli” deyə, xitab elədim. Qayınana mənə pis-pis baxdı ki, sən neyləmək istəyirsən? Döndüm dedim ki, gözəllər gözəli, nur simalı. Qayınana gəldi, cibimə 100 manat basdı ki, sən bunu tərifləyirsən, bu, o deyil axı. Oğlunu qısqanır deyə, belə edir”, - deyə, Çinarə söyləyib.

Xəyalə isə rastlaşdığı hadisəni belə nəql edib:

“Gəlin xınada qayınananın xoşuna gəlməyən cüzi bir şey etdi. Qayınana mikrofonda dedi ki, bu dəqiqə oğluma desəm, səni buradaca qoyar, çıxıb gedərik. Qızın anasına dedim ki, niyə verirsən qızı onlara?”.