Olay
Olay

Röyanı illər sonra gördü...

Röyanı illər sonra gördü...

Uzun illər əvvəl münasibətlərinə son qoyan keçmiş “W-trio” üzvləri Xalq artisti Röya Ayxan və Natavan Həbibi illər sonra eyni məkanda görüntülənib.

Onlar ötən gün Milli Qurtuluş Günü konsertində ard-arda səhnəyə çıxıblar. Gecədə diqqət çəkən məqam sənətçilərin qarşılaşdığı an olub. Belə ki, Röya Ayxan müsahibə verərkən onun yanından keçən Həbibi ani olaraq həmkarına tərəf baxsa da, sonradan üzünü çevirərək yoluna davam edib. 

Sözügedən anlar OLAY tərəfindən lentə alınıb.

Qeyd edək ki, iki məşhur sima sonuncu dəfə 2013-cü ildə “Onlar” maqazin proqramında bir arada görüntüləniblər.