Olay
Olay

Azərbaycana necə səs verə bilərik?

Azərbaycana necə səs verə bilərik?

Bazar günü Fransanın paytaxtı Parisdə baş tutacaq olan 19-cu Uşaq Avroviziya mahnı müsabiqəsində Azərbaycan 3 illik fasilədən sonra təkrar çıxış edəcək.  

OLAY yazır ki,  Avropa səhnəsində Sona Əzizova “One of Those Days” mahnısı ilə ölkəmizi təmsil edəcək.  

19 ölkənin  iştirakı ilə reallaçacaq yarışmada böyüklər üçün nəzərdə tutulan Avroviziyadan fərqli olaraq hər bir ölkə özünə onlayn qaydada ödənişsiz şəkildə səs verə biləcək. 

17 Dekabr Bakı vaxtı ilə 23:00-da (20:00 CET) başlayacaq və 19 dekabr müsabiqə başladıqda yəni saat 19:00-da (16:00 CET) sona çatacaq. 
Səsvermə başlayacaq (http://jesc.tv/ ) və siz 3 ölkəyə (öz ölkəniz daxil) səs verəsiniz. Səsvermə zamanı öncəliklə hər bir təmsilçinin mahnısının yer aldığı bir videoçarxı izləməli olacaqsınız. Video başa çatdıqdan sonra isə siz səs verə biləcəksiniz. Bu zaman Azərbaycan ( Sona Azizova – One of Those Days) və digər 2 ölkəni seçərək səsverməni təsdiq edən düyməni klikləyəcəksiniz. Bununla da sizin səsiniz qəbul edilmiş olacaq.

Ölkəmizə ikinci dəfə səs verərək daha yaxşı nəticə əldə etməsi üçün sizin ikinci bir şansınızda var. Bu şans isə sizə 19 dekabr müsabiqə başladıqdan və son iştirakçı ölkənin çıxışını tamamladıqdan sonra 15 dəqiqə olmaqla veriləcək. İfaçı çıxışı sona yetirdikdən sonra aparıcılar səsvermənin təkrar açıq elan edildiyini bəyan edəcək və bu zaman 15 dəqiqə ərzində təkrar yuxarıda qeyd olunan eyni sayta daxil olaraq heç bir videonu izləmədən birbaşa həmin platformadan eyni qaydada ölkəmiz daxil olmaqla 3 ölkəyə səs verə biləcəksiniz.

“12 Xal”