Olay
Olay

“Aramızda 13 yaş fərq var” – Xəyyam xanımından danışdı

“Aramızda 13 yaş fərq var” – Xəyyam xanımından danışdı

“12 yaşımda atamı itirmişəm, demək olar atasız böyümüşəm. Anam mənə qürurlu, güclü olmağı, başımı uca tutmağı öyrədib. Tamaşaçılar məni güclü görürsə, bunun da səbəbkarı anamdır”.

OLAY yazır ki, bu sözləri MTV-də yayımlanan “Üzə düz” verilişində Əməkdar artist Xəyyam Nisanov deyib.

O, ilk dəfə həyat yoldaşı barədə danışıb:

“Çox konservativ insanam. Nəinki həyat yoldaşım, anam, bacılarıma qarşı da eləyəm. Qız övladlarım olandan sonra daha da konservativ olmağa başladım. Onların üzərində daha da böyük məsuliyyətim var. Qızlarıma qarşı ciddi olacam, qadağalarım mütləq ki, olacaq. Yəqin ki, ona hazır olacaqlar. Həyat yoldaşıma da deyirəm ki, sən güclü olmalısan. Qadın özünə güvənməlidir. Maşallah, ali savadlı qızdır. Xanımımla aramızda 13 yaş fərq var. Yaşın heç bir fərqi yoxdur. Əsas odur ki, bir-birimizi başa düşək. Güzəştə gedək. 5 il ərzində aramızda heç bir mübahisə olmayıb . Qısqanclıq olması çox normaldır. Özümü evdə ulduz kimi deyil, həyat yoldaşı kimi aparıram. Həyat yoldaşımın zövqü mənə çox önəmlidir, onunla tez-tez məsləhətləşirəm”.