Olay
Olay

“Yasak elma” 6 ilin sonunda final etdi

“Yasak elma” 6 ilin sonunda final etdi

“Yasak elma” 6 ildən sonra final edib.

OLAY yazır ki, 19 mart 2018-ci ildə başlayan serial ötən gün yayımlanan son bölümü ilə izləyiciləri ilə vidalaşıb.

Komediya janrında çəkilən layihə ekranlarda 177 bölüm yayımlanıb.

Serialda Yıldız obrazına həyat verən Eda Ece finalla bağlı paylaşım edərək bu sözləri yazıb:

“Əlvida, Yıldızım. Bir dövrün sonu. Mənə qatdığın hər şey üçün təşəkkür edirəm. Yaxşı ki, səni oynamışam”.

Qeyd edək ki, layihədə baş rolları Şevval Sam, Eda Ece, Sevda Erginci, Biran Damla Yılmaz, Murat Aygen, Nəsrin Cavadzadə və başqaları oynayıb.