Dekabrın 12-də İsraildə “Kainat Gözəli -2021” 70-ci beynəlxalq gözəllik müsabiqəsinin finalında yer alan Ralina Ərəbova açıqlama yayıb.
OLAY yazır ki, Rusiyanı təmsil edən azərbaycanlı iştirakçı finala düşmədiyi üçün kədərləndiyini bildirib:
“Çox kədərləndim, amma təkcə mən yox, on altılığa düşə bilməyən digər qızlar da! Amma həyat davam edir. Müsabiqə mənə çoxlu bilik və bacarıqlar verdi. Bu, şübhəsiz ki, böyük təcrübədir. Burada olmaqdan xoşbəxtəm. Bu, mənim arzum idi”.
Qeyd edək ki, müsabiqə Hindistan təmsilçisi Harnaaz Sandhunun qələbəsi ilə başa çatıb.