Olay
Olay

Azərbaycanlı qız 5 milyonluq tacı almağa iddialıdır

Azərbaycanlı qız 5 milyonluq tacı almağa iddialıdır

Rusiyanın nüfuzlu “Komsomolskaya Pravda” nəşri “Kainat gözəli” yarışmasında yer alan azərbaycanlı Ralina Arabova barədə geniş məqalə dərc edilib. 

OLAY yazır ki, portalın yazdığına görə, dekabrın 12-də İsrailin Eylat şəhərində baş tutacaq yarışmada Ralina tacı almağa iddialıdır.  Bildirək ki, birinci yerin sahibinə 62,83 karat ağırlığında iki minə yaxın almazdan ibarət 5 milyon dollarlıq qızıl tac təqdim olunacaq. 

Nəşr yazır ki, 22 yaşlı Ralina çox uşaqlı ailədə doğulub, tatar anası təmizlik işçisi, azərbaycanlı atası şəhərdən kənarda fəaliyyət göstərən kafedə çalışıb.  

“Mən 8 yaşımdan gözəllik müsabiqələrində iştirak edirəm və yalnız "Kainat gözəli"nə düşməyi xəyal edə bilərdim. Qalib gəlsəm, qələbəmi anam Raniyə həsr edəcəm. O, mənim əsas ilhamvericimdir, hər şeydə məni dəstəkləyir. Uşaqlıqda məni ilk dəfə məktəbdən müsabiqəyə göndərəndə paltarlar, mahnılar, nömrələr hazırlayan anam idi. Təəssüf ki, mənimlə İsrailə gedə bilməyəcək - pasport almağa vaxtı yox idi”,- deyə Ərəbova müsahibəsində bildirib.

Ralina hazırda iki universitet -Kazan Energetikada qiyabi olaraq reklamçı, Rusiya Federasiyası Hökuməti yanında Maliyyə Universitetində  hüquqşünas kimi tam ştatda təhsil alır. 

“Qlobal nöqteyi nəzərdən mənim bir fikrim var. Böyük və ehtiyacı olan uşaqlar üçün yaradıcılıq məktəbi açmaq istəyirəm. Valideynlər üçün övladının inkişafını təmin etməyin nə qədər çətin olduğunu özümdən bilirəm. Musiqi məktəbini, fleyta sinfini bitirmişəm, üzgüçülüklə məşğul olmuşam. Kifayət qədər pul olmasa da bəzən anam uşaqları lazım olan hər şeylə təmin etmək üçün özünə qış çəkmələri ala bilmirdi”, -azərbaycanlı iştirakçı bildirib.