Dünən İsrailin Eylat şəhərində finalı keçirilən 70-ci “Kainat Gözəli” müsabiqəsinin qalibi açıqlanıb.
OLAY yazır ki, Hindistanın nümayəndəsi Harnaaz Sandhu beynəlxalq gözəllik müsabiqəsinin birincisi olub.
21 yaşlı Harnaaz aktrisa Suşmita Sen və model Lara Duttadan sonra bu ada layiq görülən üçüncü Hindistan vətəndaşıdır.
İkinci CAR nümayəndəsi Lalela Msvane, üçüncü isə paraqvaylı Nadia Ferreyra qərarlaşıb.
Dünyanın ən nüfuzlu gözəllik müsabiqələrindən birinin yarımfinalının nəticələrinə görə, Rusiyanı yarışmada təmsil edən azərbaycanlı Ralina Ərəbova “Kainat gözəli 2021”in finalına vəsiqə qazana bilməyib, 16-cı olub.