“Səs Azərbaycan” mahnı müsabiqəsinin bugünkü buraxılışı maraqlı anlarla yadda qalıb.
Belə ki, Xalq artisti Tünzalə Ağayevanın komandasında yarışan Nicat Tağıyev və Murad Bayramlının qarşıdurması olub.
OLAY yazır ki, hər iki Vətən müharibəsi iştirakçısı “Yenilməz batalyon” filmindən olan “Teymurun mahnısı” əsərini duet şəklində ifa edib.
Onlar səhnəyə milli geyimdə çıxıblar.
Murad və Nicatın ifası həm münsiflər, həm də zalda əyləşən tamaşaçılar tərəfindən bəyənilib. T. Ağayeva isə çıxışı zamanı göz yaşlarına hakim ola bilməyib.
Sonda Xalq artisti seçimini Muraddan yana edib.
Qeyd edək ki, Murad Cəbrayıl və Qubadlı istiqamətində gedən döyüşlərdə iştirak edib. Nicat isə Suqovuşan və Talış azadlığı uğrunda mübarizə aparıb.