“Səs Azərbaycan” müsabiqəsinin dünənki buraxılışı da maraqlı anlarla yadda qalıb. Belə ki, dəfələrlə Avroviziya milli seçim turlarında iştirak edən müğənni Cəbrayıl Rəsulov da şouya qatılıb.
OLAY yazır ki, 2003-cü ildən səhnədə olan sənətçi müsabiqədə çıxışından əvvəl kiçik müsahibə verib. Cəbrayıl qeyd edib ki, pandemiya dövründə səhnədən uzaq qalıb və kuryer işləyib:
“Karantin dövründə kuryer işləməli oldum, özümə moped aldım, həyat yoldaşımla şəhərdə gəzirik”.
Rəsulov daha sonra səhnəyə çıxaraq Rafet El Romanın məşhur “Son məktub” mahnısını səsləndirib.
Onun ifasına Xalq artisti Brilliant Dadaşova və müğənni Eldar Qasımov dönüb. Cəbrayıl seçimini Dadaşovadan yana işləyib.