Olay
Olay

Xumar Qədimova məşhur reperlə görüşdü-Video

Xumar Qədimova məşhur reperlə görüşdü-Video

Tanınmış reper Aslixan və Əməkdar artist Xumar Qədimova bir araya gəlib. 

OLAY yazır ki, Qədimovaya heyranlığını hər zaman dilə gətirən Aslixan görüş zamanı ona bir boyunbağı da bağışlayıb. 

Həmin dəqiqələri isə hər iki məşhur sosial şəbəkə hesabında paylaşıb. 

Aslixanın paylaşıma yazdığı şərh xüsusilə diqqət çəkib. O, X. Qədimovanın ünvanına xoş sözlər yazaraq, yaxın zamanda duet oxuyacaqlarını bildirib. Reper Əməkdar artisti “Queen” yəni kraliça adlandırıb.